Doktor Mehdi İskəndərli 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsilini tamamlamışdır. 2009-2010-cu illərdə Sumqayıt Şəhər Ruhi-Əsəb Dispanserinde Həkim Psixiatr ixtisasını əldə etmişdir. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhəri, Ege Universiteti Tibb Fakültəsi Dəri ve Zöhrəvi Xəstəlikləri kafedrasında rezidentura keçərək dəri həkimi yəni, dermatoveneroloq ixtisasına yiyələnmişdir.
Doktor Mehdi İskəndərli rezidentura sırasında dəfələrlə Türkiyədə, Avropada, Kanadada ve ABŞ-da təşkil olunan beynəlxalq elmi konfranslarda, elmi seminarlarda ve kurslarda iştirak etmişdir. Dermatoloq ABŞ-da, Avropada və Türkiyədə təşkil olunan elmi konfranslarda şifahi elmi məruzələrlə çıxış etmişdir. 2015-cil ildə Kanadanın paytaxtı Vankuverdə keçirilən 23-cü dünya dermatologiya konqresində hələ rezident ikən ‘‘Overlap of bullous pemfigoid and pustular psoriasis” adlı şifahi elmi məruzə təqdim etmişdir. Dəri həkimi Mehdi İskəndərli elmi məqalələrini Avropanın ve Türkiyənin nüfuzlu jurnallarında dərc etdirmişdir. ”A case of Bannayan–Riley–Ruvalcaba syndrome. A new clinical finding and brief review” məqaləsində ilk dəfə genetik dəri xəstəliyinin yeni klinik əlamətini təsvir etmişdir. Bəzi elmi maqələləri inglisi dilindən alman dilinə tərcümə edilərək yenidə çap edilmişdir.
Doktor Mehdi İskəndərli Avropanın ən seçilmiş rezidentlərinin qəbul edildiyi ”Euorderm Excellence” rezident konqresinə daxil olan ilk və yeganə azərbaycanlıdır. Avropa Dermatovenerologiya Akademiyasının (EADV) ”John Stratigos Memorial Scholarship” qrantının qalibidir. Amerika Dermatologiya Akadmeiyasının ”Strauss & Katz Fund Scholarship” qrantını əldə edib. Mehdi doktor Fransanın Nice şəhərində keçirilən ”Dermatoonkologiyanın Diaqnostikasında Müasir Yanaşma” kursunda təqdim etdiyi kliniki hal ən yaxşı üç mühazirədən birisi seçilmidir və mükafatlanıdırlmışdır.
Doktor Mehdi İskəndərli 2017-ci ildə Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalının dermatologiya kafedrasında üç aylıq ixtisasartıma keçmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif edilmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. İngilis, Rus ve Türk dillərində sərbəst danışır. Mehdi həkim hal-hazırda 2016-cı ildən etibarən ölkəmizdə müstəqil uzman həkim olaraq tibbi fəaliyyətini davam etdirir.
Məncə həkim həm də yaxşı psixoloq olmalıdır. Həkim necə xəstəni dinləyib dərdinə dərman tapırsa xəstə də həkimi dinləməlidir. Həkim xəstənin qəlbinə və ruhuna nüfüz etməyi də bacarmalıdır. Dr. Mehdi məhz bu cür həkimlərdəndir. O mənim də həkimimdir. Allah ondan razı olsun.
Hörmətli həkimim Mehdi İskəndərli bu günə qədər gördüyüm ən çalışqan, işini sevərək görən, həm xəstə ilə, həm də xəstə yaxınları ilə empatiya içində olan yeganə həkimdir. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Belə bir həkimimizin olması bizim üçün böyük uğurdur. Ömür boyu sizə minnətdar olacağam. Hər şey üçün təşəkkür edirik. Çox sağolun.
Mənim çox savadlı həkimim Mehdi doktor ! Allah sizin kimi mərhəmətli, mehriban və ən əsası savadlı həkimləri bizə çox görməsin. 25 il idi ki, psoriazdan əziyyət çəkirdim. Mənim getmədiyim həkim qalmamışdı. Sağalmırdım əksinə dərmanlar daha da pisləşdirirdi məni. Nə yaxşı ki, sizi tanıdım, Sahənizdə psoriazdan qurtulmuşam. Sizə sonzuz təşəkkürümü ifadə edirəm.
Bütün hüquqlar qorunur 2016
Bütün hüquqlar qorunur 2016