Sizi müalicə edəcək həkimin qəbuluna düşmək üçün aşağıdakə düyməyə basarıq randevu sistemindən adınızı yazdırın.
Dəri xərçəngi diaqnozunu telefon şəkillərinə baxaraq qoymaq mümkün deyildir. Hər şeydən əvvəl dəri törəmələri vizual olaraq dermatoonkoloq tərəfindən kliniki müayinə ediməlidir. Dəri törəməsi palpasiya edilməlidir. Dəri şişi xoşxassəli və bədxassəli ola biləcəyi vizual olaraq təxmin edilməlidir. Ona görə dəri xərçənginin diaqnostikası mütləq klinikada aparılmalıdır.
Dermatoskopiya xalların və törəmələrin non-invaziv müayinə metodudur. Burada dermatoskop alətindən istifadə edilir. Dermatoskop xalları, dəri xərçəngi və törəmələri ortalama 20 dəfəyə qədər böyüdür. Dermatoonkoloq tərəfindən törəmələr üzərində gözlə görülən naxışların xarakterinə görə əksər hallarda dəqiq diaqnoz qoymaq olur və şişin mənşəyini təyin etmək olur.
Dəri xərçənginin diaqnozu zamanı dermatoskop aləti yetərsiz qalanda dəri biopsiyası üsulundan istifadə edilir. Dəri biopsiyası vasitəsi ilə dəri törəməsinin mənşəyini 100%-lik dəqiqliklə təyin edə bilirik. Dəri biopsiyası invaziv müayinə metodur və lokal anesteziya altında aparılır. Demək olar ciddi fəsadları yoxdur. Yanlış olaraq soydaşlarımız bu üsula dəri əkilməsi deyir. Dərinin əkilməsi mikrobioloji analizdir.
Dəri xərçənginin müalicəsi müxtəlif üsullarla aparılır. Erkən diaqnoz olarsa dəri xərçənginin yandırılması mümkündür. Dəri xərçənginin krioterapiya və ya maye azotla yandırılması ən çox üstünlük veriləndir. Bundan başqa dəri xərçənginin kremlə müalicəsi də mümkündür. Metastatik və gecikmiş dəri xərçənginin cərrahi yolla müalicəsi əsas götürülür. Kimyaterapiya və radioterapiya da verilə bilər. Melanomanın müalicəsi zamanı immunoterapiya da tətbiq edilir.
Bütün hüquqlar qorunur 2016
Bütün hüquqlar qorunur 2016